“Atamın
dostları”
Türkiyənin tanınmış azərbaycanlı
yazıçısının memuarları işıq üzü görüb
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - Türkiyənin tanınmış azərbaycanlı yazıçısı, dövlət xadimi Səməd Ağaoğlunun “Atamın dostları” kitabı işıq üzü görüb.
Kitabda müəllifin atası - XX əsrin ilk onilliklərində Azərbaycan və Türkiyə fikir müstəvisinə xüsusi təsir göstərmiş Əhməd Ağaoğlu (1869-1939) və onunla birgə Türkiyə Cümhuriyyəti uğrunda mübarizəyə qalxmış görkəmli şəxsiyyətlərin portret cizgilərini əks etdirən memuarlar toplanıb. Nəşr tarixçilər, Türkiyə-Azərbaycan münasibətlərinin keçmişini və bugününü araşdıran mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın Azərbaycan türkcəsinə tərcüməçisi
və tərtibçisi filologiya elmləri
doktoru, professor Vilayət
Quliyev, redaktoru
Güldəstə Nəsibdir.
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.12.