Qatil” Tbilisidə nümayiş olunacaq

 

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümünə dəvət alıb. Festival noyabrın 28-dən dekabrın 4-dək keçiriləcək.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək.

Qatil” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Ssenari müəllifi Xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər QuliyevKatri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka ÇxeidzeApollon Kublaşvili canlandırıblar.

 

Mədəniyyət.- 2016.- 23 noyabr.- S.16.