“İçəri şəhər” Tallin festivalında
Rejissor İlqar Safatın “İçəri şəhər” bədii filmi noyabrın 21-də Estoniyanın paytaxtı Tallində keçirilən “Qaranlıq gecələr” festivalında nümayiş olunub.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan film indiyədək Hindistanda 21-ci Kerala və 47-ci Qoa festivallarına dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyədə 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.
Filmin ideya
müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı
Bütünay Haqverdiyev,
icraçı prodüseri Ülvi
Qasımov, prodüseri Müşfiq
Hətəmovdur. Rolları Təhminə Rafaella,
Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov,
Elmira Şabanova və
digərləri canlandırırlar.
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.16.