Amerika musiqi mükafatları
təqdim olunub
Noyabrın 21-də Los-Ancelesin “Microsoft Theater” zalında
Amerika musiqi mükafatlarının (“American Music Awards”) növbəti təqdimolunma
mərasimi keçirilib.
“American
Music Awards” (AMA) - ABŞ-ın ən mühüm musiqi mükafatlarından biri sayılır. Bu mərasim 1973-cü ildən keçirilir və faktiki olaraq "Qremmi" və digər mükafatların əsas rəqiblərindən sayılır.
Mükafatın nominantları onların
kommersiya uğurları
əsasında - mahnıların
satış həcminə
görə seçilir.
Qaliblər azarkeşlərin səsverməsi ilə müəyyənləşir.
Beləliklə, ilin qadın ifaçısı müğənni
Ariana Qrande olub. Ən yaxşı
kişi ifaçısı adını
“One Direction” qrupunun keçmiş
iştirakçısı Zeyn
Malik qazanıb.
Pop/rok janrının
ən yaxşı qadın ifaçısı
Selena Qomes seçilib. Bu janrda
ən yaxşı kişi ifaçısı
Castin Biber olub. O, həmçinin ən yaxşı video, ən yaxşı mahnı və ən yaxşı pop/rok janrı üzrə albom nominasiyaları üzrə
qalib gəlib. “İlin ən
yaxşı konsert turu" nominasiyasında mükafata Beyons layiq görülüb.
Rihanna da mükafatsız qalmayıb. Onun «Anti» adlı
albomu ən yaxşı R'n'B albomu seçilib. Sting “Musiqiyə verdiyi
töhfələrinə görə”
nominasiyasında qalib gəlib.
Digər nominasiyalar üzrə mükafatları - “Twenty One Pilots” (“İlin ən yaxşı dueti”), Teylor Svift (ən yaxşı kantri-ifaçı) və başqaları qazanıb. Ən yaxşı saundtrek nominasiyasında birinci Prins («Purple Rain») olub.
İlona Qubadova
Mədəniyyət.- 2016.- 23
noyabr.- S.16.