Unudulmaz aktrisanın 100 illiyi qeyd olundu

 

   Azərbaycan teatrını onun inkişafında misilsiz xidmətləri olan Nəsibə Zeynalovasız təsəvvür etmək mümkün deyil

  

   Noyabrın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında teatr kino sənətimizin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibətilə yubiley gecəsi keçirildi.

  

   Tədbir Azərbaycan Respublikası PrezidentininNəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsihaqqında sərəncamına uyğun olaraq Mədəniyyət Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdu. Mərasimdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, mədəniyyət incəsənət xadimləri, sənətkarın yaxınları, sənətsevərlər iştirak edirdi.

   İştirakçılar əvvəlcə teatrın foyesində Nəsibə Zeynalovanın həyat fəaliyyətindən bəhs edən, oynadığı rolların əks olunduğu fotosərgi ilə tanış oldular.

   Yubiley gecəsində çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev unudulmaz aktrisanın həyat yoluna nəzər saldı. Bildirdi ki, Nəsibə xanım Zeynalova qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçmiş yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyət salnaməsində silinməz iz qoymuşdur. Onun milli teatr səhnəsində ekran əsərlərində məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir: "Milli teatrımızın inkişafında müstəsna rol oynayan, teatrımızın məsuliyyətini ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Azərbaycan milli realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir tanınmış tacir sevimli aktyor idi. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdandan az müddət sonra dünyasını dəyişib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirə bildi".

   Qeyd edildi ki, Nəsibə Zeynalova 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz-sovxoz teatrında aktrisa işləməyə başlayıb. Daha sonra Nəsibə xanım 4 aprel 1938-ci ildə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa kimi götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

   Ədalət Vəliyev vurğuladı ki, Nəsibə Zeynalovanın obrazları həyatiliyi real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa rəqs, mahnı hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib.

   Qeyd olundu ki, böyük tamaşaçı sevgisi qazanmış Nəsibə Zeynalovanın sənəti hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev də hər zaman onun sənətinə, şəxsiyyətinə qayğı ilə yanaşıb. Nəsibə xanım Xalq artisti fəxri adına, Dövlət mükafatına, “Şöhrət” ordeninə layiq görülüb. Vaxtilə yaşadığı binaya barelyefi vurulub. Prezident İlham Əliyevin Nəsibə Zeynalovanın 100 illiyi haqqında sərəncamı unudulmaz aktrisanın sənətinə qiymətin, xatirəsinə ehtiramın nümunəsidir.

   Nazir müavini bildirdi ki, Nəsibə Zeynalovanın yubiley tədbirləri il ərzində müxtəlif mədəniyyət ocaqlarında qeyd olunub, sənətkarın xatirəsi hər zaman xalqın, sənətsevərlərin qəlbində yaşayacaq. Azərbaycan teatrını bu teatrın inkişafında misilsiz xidmətləri olan Nəsibə Zeynalovasız təsəvvür etmək mümkün deyil.

   Daha sonra Nəsibə Zeynalovanın rol aldığı filmlərdən kadrlar nümayiş olundu, oynadığı tamaşalardan parçalar göstərildi. Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət, Nəsibə Zeynalova ilə birlikdə çalışmış aktyorlar sənətkar haqqında xatirələrini bölüşdülər.

   Aktrisanın oğlu Cahangir Novruzov yubiley tədbirinin təşkilinə, Nəsibə Zeynalovanın xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

  

   Fariz

  

Mədəniyyyyəəət.- 2016.- 25 noyabr.- S.2.