Prezident təqaüdçüsü olan gənc ifaçıların konserti
Noyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Prezident təqaüdçüsü olan istedadlı gənc ifaçılar konsert proqramı ilə çıxış edəcəklər.
Beynəlxalq Muğam Mərkəzində baş tutacaq konsert “Multikulturalizm ili” çərçivəsində reallaşacaq. Konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.
Qeyd edək ki,
Prezident təqaüdçüləri olan musiqiçilərin respublikada
tanınması və gənc nəsildə bədii-estetik zövqün formalaşması məqsədilə
təşkil edilən layihə mütəmadi olaraq
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxt
və bölgələrdə həyata keçirilir.
Layihə çərçivəsində bu
ilin mayında ilk konsert Gəncədə, sentyabr
ayında isə Biləsuvarda gerçəkləşib.
Mədəniyyət.- 2016.- 25
noyabr.- S.3.