“Leyli
və Məcnun” - operadan sonra dram
Gənc Tamaşaçılar Teatrında
səhnə əsərinin
premyerası keçiriləcək
Dekabrın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
“Leyli və Məcnun” tamaşasının
premyerası keçiriləcək.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, Məhəmməd Füzulinin
“Leyli və Məcnun” poeması əsasında ilk dəfə
olaraq dramatik janrda hazırlanan tamaşanın quruluşçu
rejissoru Əməkdar
artist Nicat Kazımovdur.
Tamaşanın musiqi tərtibatçısı
Kamil İsmayılov, məsləhətçisi İlqar
Fəhmi, döyüş
səhnələrinin quruluşçusu
İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
Rolları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazımov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən
Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva və başqaları ifa edəcəklər.
Mədəniyyət.- 2016.- 25 noyabr.- S.3.