Metodik vəsaitlər təqdim olunub

 

 

   Noyabrın 24-də Bərdə şəhərində müxtəlif mədəniyyət müəssisələrinin fəaliyyətinə aid Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatı olub.

   Abbas Səhhət adına Uşaq kitabxanasında keçirilmiş təqdimatda Yevlax şəhər, Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarının mədəniyyət işçiləri iştirak ediblər.

   Mərkəzin əməkdaşları Aygün Balabəyova “Muzey işinin modernləşdirilməsi”, Pərvanə Hüseynova “Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili” və Nadir Məmmədov “Şəhər (rayon) mədəniyyət müəssisələri və onların filiallarında özfəaliyyət dərnəklərinin təşkili” adlı hazırladıqları metodiki vəsaitləri təqdim ediblər.

   Vəsaitlər barədə fikir mübadiləsi aparılıb, müəlliflər verilən suallara cavab veriblər.

   Sonda metodiki vəsaitlər mədəniyyət işçilərinə istifadə üçün hədiyyə edilib.

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.3.