Hərbi hissədə konsert

 

  

   Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Bibiheybət qəsəbə Mədəniyyət evi N saylı hərbi hissədə “Canım-qanım Azərbaycanım” adlı konsert keçirib. Gənc müğənnilər şən mahnıları ilə əsgərlərdə xoş əhval yaradıblar. Mədəniyyət evinin “Sabahın ulduzları” rəqs dərnəyinin üzvləri rəqs nömrələri ilə çıxış edib, poeziya dərnəyinin üzvləri şeir kompozisiyasını təqdim ediblər.

 

Mədəniyyət.- 2016.- 25 noyabr.- S.4.