"Boyunbağılı qız"
onilliklər sonra üzə
çıxdı
Frida Kalonun naməlum rəsm əsəri 1,8 milyon dollara
satılıb
Meksikalı məşhur qadın rəssam Frida Kalonun (1907-1954) əvvəllər
heç yerdə nümayiş olunmayan
"Boyunbağılı qız"
adlı rəsm əsəri Nyu-Yorkun
Sotheby's hərracında 1,8 milyon dollara satılıb.
Rəssam ilk işlərindən sayılan "Boyunbağılı
qız" əsərini
1929-cu ildə 22 yaşında
çəkib. Ötən müddətdə
rəsm yaxşı vəziyyətdə qalıb.
Buna səbəb onun 60 ildən artıq Kaliforniyada yerləşən sarayların
birində qaranlıq otaqda saxlanılması olub. Otağın qaranlıq hissəsində
asılı vəziyyətdə
qalmış rəsmdə
rənglər parlaqlığını
itirməyib.
Məlumatlara əsasən, Frida
Kalonun vəfatından
sonra əri Diyeqo Rivero bu
rəsmi həyat yoldaşının köməkçisinə
hədiyyə edib.
90 yaşlı qadın illər sonra əsəri satmaq qərarına gəlib. Qərarın səbəbini isə
hərrac evi açıqlamayıb.
Qeyd edək ki, rəssamın
“Diyeqo və mən" adlı rəsm əsəri
1990-cı ildə hərracda
1,4 milyon dollara satılmışdı.
İlona Qubadova
Mədəniyyət.- 2016.- 25
noyabr.- S.