“Azərbaycanın mədəni sərvəti”
Xalça Muzeyində ustad
dərsləri davam edir
Oktyabrın 24-dən etibarən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə muzeydə “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələrə və ustad dərslərinə start verilib.
Parça, tikmə və milli geyimlərin bərpası layihənin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.
Növbəti dərslər Moskva Dövlət Elmi-Tədqiqat Bərpa İnstitutunun yüksək dərəcəli bərpaçı-rəssamları Sofya Martyanova və Yuliya Xrebtova tərəfindən aparılır.
Ötən müddətdə layihə çərçivəsində Almaniya, Qırğızıstan və Qazaxıstandan dəvət olunmuş mütəxəssislər tərəfindən parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri keçirilib.
Layihə dekabrın 2-də başa çatacaq.
Mədəniyyət.- 2016.- 25
noyabr.- S.16.