Kitabxana mədəniyyət fenomeni kimi
Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən Qusar rayonunda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) işçiləri üçün “Kitabxana mədəniyyət fenomeni kimi” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbiri MKS-nin direktoru Zahir
Mustafayev açıb. Mərkəzin
direktoru, fəlsəfə
doktoru Ramazan Şabanov kitabxanaların əhəmiyyətindən, aktuallığından,
cəmiyyətin formalaşmasında
rolundan söz açıb, iştirakçıları
dəyirmi masanın gündəliyi ilə tanış edib.
Mərkəzin direktor müavini Nəzakət Rəhmanova, metodist Samirə Cəlilova, Tədris-metodika kabinetinin müdiri Aygün Hüseynova, İnformasiya kommunikasiya və elmi təminat şöbəsinin müdiri Rafiqə Nəsirova çıxış ediblər. Çıxışlar video slaydlarla təqdim olunub.
Dəyirmi masada 60-dək MKS işçisi
iştirak edib.
Çıxışlardan sonra mövzu ətrafında fikir
mübadiləsi aparılıb.
Mədəniyyət.-
2016.- 30 noyabr.- S.2.