Bakı Musiqi
Akademiyasında ustad dərsləri
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında
Polşanın tanınmış musiqiçiləri tərəfindən
ustad dərsləri keçirilib.
İki gün davam edən ustad dərslərini professorlar Jolt Tixamor Vişontay (violin), Mark Van de Vil
(klarnet) və Endryu Kreşçin (tuba)
aparıb. Ustad dərsləri Polşanın
Adam Mitskeviç İnstitutu
tərəfindən həyata
keçirilən “Culture Orchestra” layihəsi çərçivəsində
gerçəkləşib.
Ustad dərslərinin
sonunda Bakı Musiqi
Akademiyasında konsert proqramı təşkil
olunub. Dərslərdə ən
yaxşı nəticə əldə edən tələbələr
beynəlxalq orkestrin tərkibində Avropaya qastrol səfərinə
dəvət alacaq.
Mədəniyyət.-
2016.- 30 noyabr.- S.4.