UNESCO Hökumətlərarası Komitəsinin
11-ci sessiyası keçirilir
Noyabrın 28-də Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyası işə başlayıb.
Dekabrın 2-dək davam edəcək sessiyada ölkəmizi Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, ölkəmizin Efiopiyadakı səfiri Elman Abdullayev, UNESCO üzrə Milli Komissiyanın müşaviri Gülnarə Ağalarova, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və digər əməkdaşlar təmsil edir.
Sessiya çərçivəsində qeyri-maddi mədəni irsin qorunmasına dair müzakirələr aparılacaq və hesabatlar təqdim olunacaq, ölkələrin təqdim etdiyi fayllar nəzərdən keçiriləcək.
Həmçinin
Azərbaycanın təşəbbüsü ilə Azərbaycan,
Türkiyə, İran, Qazaxıstan və
Qırğızıstan tərəfindən birgə
hazırlanaraq təqdim edilən "Lavaş,
katırma, jupka, yufka
- nazik çörəyin hazırlanma və
paylaşma mədəniyyəti"nin UNESCO-nun Qeyri-maddi mədəni
irs üzrə reprezentativ
siyahısına daxil edilməsi
haqqında qərarın verilməsi gözlənilir.
Mədəniyyət.-
2016.- 30 noyabr.- S.4.