Sumqayıtda “Multikulturalizm ili” ilə bağlı sərgi keçirilib

 

 

   Sumqayıtda şəhər Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə keçirilən sərgidə ləzgi, talış, rus xalqlarının nümayəndələri öz məişət əşyalarını, mətbəxlərini və əl işlərini nümayiş etdiriblər.

   Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov və Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov sərgi ilə tanış olublar.

   Teymur Səmədov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib. O, şəhərdə son bir ildə görülən tikinti-abadlıq işlərindən söz açaraq deyib ki, bütün bu işlər milliyyətindən asılı olmayaraq hər bir Sumqayıt sakininin rahatlığı, asudə vaxtının səmərəli təşkili üçündür.

   Mehman Şükürov bildirib ki, multikulturalizm, bir çox fərqli mədəniyyətin bir arada yaşaması deməkdir. İdarə rəisi belə tədbirlərin şəhər sakinləri arasında mədəniyyət sahəsinə marağın artmasına səbəb olduğunu vurğulayıb.

   Sonda Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova qonaqlara tədbirdə iştiraklarına görə təşəkkür edib.

    Dostluq” mədəniyyət evinin “Şahinlər” və C.Cabbarlı adına mədəniyyət evininTuran” rəqs kollektivlərinin çıxışı, şəhər Mədəniyyət evininVeteranxalq xorunun gənc müğənni Kamil Ağazadə ilə dueti, “Suvarxalq kollektivinin solisti Cəmilə Zalovanın, yetirmələri Alisa Məhsimova və Günay Vəlixanovanın ifasında ləzgi mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.6.