Mən, tək - kontrabasda...

 

   Məşhur monotamaşanın növbəti uğuru

  

   İllərdir Gənc Tamaşaçılar Teatrının repertuarında olanbir sıra beynəlxalq festivallarda uğurla çıxış edən “Kontrabas” tamaşası növbəti səfərdən qayıdıb.

   Əməkdar artist Şövqi Hüseynovun oynadığı tamaşa bu dəfə Moldovanın paytaxtı Kişineuda keçirilən “Moldfest.rampa.ru” VIII Beynəlxalq teatr festivalında ölkəmizi təmsil edib.

   Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunanKontrabasfestivalda iştirak edən ən uğurlu tamaşa kimi qiymətləndirilərək diplommükafata layiq görülüb.

   Festivalda Azərbaycanla yanaşı, Moldova, Belarus, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının yaradıcı heyətləri iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.7.