Fransadakı Milad yarmarkasında Azərbaycan köşkü açılıb

 

 

   Fransanın Elzas regionunun Mülhaus şəhərində keçirilən Milad yarmarkasında artıq ikinci ildir Azərbaycan köşkü fəaliyyət göstərməyə başlayıb. Bu dəfə köşk Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisininGilan Holdinqşirkəti ilə birgə əməkdaşlığı şəraitində təşkil edilib.

   TEAS-dan bildiriblər ki, beş həftə ərzində qonaqlar Azərbaycan qonaqpərvərliyi ilə qarşılanacaq yüksək keyfiyyətli Azərbaycan şərabları, təravətli çay, nar şirəsi, gül əncir mürəbbəsi, ənənəvi şirniyyatlardan, paxlava şəkərburadan dadmaq imkanı əldə edəcəklər. Ziyarətçilər Milad hədiyyələri olaraq orijinal incə əl işlərini əldə edə biləcəklər. Bunların arasında UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş kəlağayılar Qubada əllə toxunan corablar da var. Onlar, həmçinin köşkdəki kitab broşürlər vasitəsilə Azərbaycanın rayonları, xüsusilə, ölkəmizin ən qədim tarixi şəhərlərindən biri yeni turistik məkanı olan Qəbələ haqqında məlumat alacaqlar.

   Yarmarkanın açılış mərasimində Mülhaus şəhərinin meri Jan Rottner, merin turizm mədəniyyət tədbirləri üzrə müavini Natali Motte Elzas Ticarət Palatasının vitse-prezidenti Kristian Keller iştirak edib. Bildirilib ki, 26-cı dəfə keçirilən Mülhaus Milad yarmarkasından beş həftə ərzində bir milyona yaxın insan zövq alacaq.

   Yarmarkadakı köşkləri ziyarət edən Mülhaus meri Jan Rottner Azərbaycan stendi ilə də tanış olub. Merə paxlava təklif edilib.

 

Mədəniyyət.- 2016.- 30 noyabr.- S.16.