Ölkəmiz Frankfurt kitab yarmarkasında təmsil olunacaq
19-23 oktyabr tarixində
keçiriləcək ənənəvi
Frankfurt beynəlxalq kitab
yarmarkasında Azərbaycan
da təmsil olunacaq.
Ölkəmizin, onun zəngin mədəniyyətini, inkişaf
edən nəşriyyat-poliqrafiya
sahəsini, kitab sənətinin təmsil və təbliğ olunması məqsədilə
Mədəniyyət və
Turizm Nazirliyinin əməkdaşlarından və
yerli nəşriyyat nümayəndələrindən ibarət nümayəndə
heyəti Almaniyaya səfər edəcək.
Beynəlxalq kitab sərgiləri sırasında Frankfurt yarmarkası
özünün nüfuzu,
iştirakçı və
ziyarətçilərin sayının
çoxluğu, dünyanın
müxtəlif kitab mədəniyyətlərinin görüşü
baxımından əlamətdardır.
56 kvadratmetr
sahədə, Qız qalası və Qala divarları
dizaynı ilə hazırlanmış xüsusi
stendlə təmsil olunacağımız sərgidə ümummilli lider Heydər
Əliyevin, Prezident İlham
Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar, dövlətçiliyimizə, tariximizə,
mədəniyyətimizə və ölkəmizin turizm potensialına dair nəşrlər
ziyarətçilərin diqqətinə təqdim ediləcək.
22 oktyabrda milli
stendimizdə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı tədbirin
keçirilməsi nəzərdə tutulur.
Mədəniyyət.- 2016.- 7
oktyabr.- S.3.