Mədəniyyət və rəqəmsallaşma
mövzusunda konfrans
29-30 sentyabr tarixində Estoniyanın paytaxtı Tallində Mədəniyyət və rəqəmsallaşmaya dair Avropa Şurası (AŞ) platformasının 3-cü konfransı keçirilib. Tədbirdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunub.
Tallin Universitetində keçirilən konfransın şüarı “Mədəniyyət 4D ölçüsündə: rəqəmsallaşma, məlumat, pozulmalar, müxtəliflik”dir (Culture 4D: Digitization, Data, Disruptions, Diversity”).
Konfransda “Kiçik
Avropa - böyük məlumat:
müştərək faydaya doğru”, “Mədəniyyətdə
iştirakın və mədəniyyətin gücləndirilməsi
üsulları: vətəndaşların internetdən istifadəsinin
təşviqi” mövzusunda sessiyalar keçirilib. Bundan əlavə, müasir
zamanda yığılan böyük
həcmli məlumatın istifadə olunması, rəqəmsal
texnologiyaların, yeni proqramların
insanların faydası üçün və
mövcud problemlərin həlli üçün istifadəsi məsələləri
müzakirə olunur.
Mədəniyyət.- 2016.- 5
oktyabr.- S.5.