Bakıda növbəti “Avropa
şəhərciyi” təşkil olunub
Bulvarda Avropa
İttifaqının 22 ölkəsinin mədəniyyətini,
turizm imkanlarını əks etdirən
stendlər qurulub
Oktyabrın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə səyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi-2016” festivalı təşkil edib.
Dənizkənarı bulvarda baş tutan tədbirdə Avropa İttifaqına daxil olan 22 ölkənin mədəniyyətini, adət-ənənəsini və turizm potensialını əks etdirən stendlər quraşdırılıb.
Festivalın açılış mərasiminə Avropa ölkələrinin Bakıdakı diplomatları qatılıb. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbər xanım Malena Mard çıxış edərək bildirib ki, “Avropa şəhərciyi” quruma üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqı ölkələrinə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.
Vurğulanıb ki, “Avropa şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir tədbirdir. Gün ərzində uşaq və böyüklər üçün müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahətlər, milli rəqs və karaoke ifaları, feys-art və digər maraqlı proqramlar təşkil olunacaq. Müsabiqə və viktorina qaliblərini isə xüsusi hədiyyələr gözləyir.
Diplomat hər kəsi əyləncə
dolu gündən zövq
almağa dəvət edib.
Sonra festival açıq
elan olunub.
İştirakçılar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə
kulinariya şousuna tamaşa etməklə yanaşı, izza xəmirinin virtuoz-aşpaz
tərəfindən havada
fırladılması şousunu
da yaxından izləmək imkanı əldə ediblər.
Festivalda xüsusi olaraq uşaqlar üçün
sehrbazın çıxışı
və müxtəlif şoular da təşkil olunub.
“Səs Azərbaycan”
layihəsi iştirakçılarının
ifası ilə davam edən festival məşhur fransız DJ
David Vendetta və skripkaçı
Micah konsert proqramı
ilə iştirakçıların
zövqünü oxşayıb.
Qeyd edək ki,
Bakıda “Avropa şəhərciyi”
festivalı 2013-cü ildən etibarən keçirilir.
Mədəniyyət.- 2016.- 5
oktyabr.- S.9.