“Turizm həftəsi” başa çatıb
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 27 sentyabr - Turizm işçiləri günü münasibətilə elan etdiyi “Turizm həftəsi” başa çatıb. Həftə ərzində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin uşaq və yeniyetmələr arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə müxtəlif ekskursiyalar təşkil olunub.
Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri 29 sentyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində və 30 sentyabrda isə Azərbaycan Xalça Muzeyində olublar.
Qeyd edək ki,
uşaqlar öncəki günlərdə
“İçərişəhər” Dövlət
tarix-memarlıq qoruğu və Milli Azərbaycan Tarixi Muzeyi ilə yaxından tanış olublar.
Mədəniyyət.- 2016.- 5
oktyabr.- S.9.