Tarix-diyarşünaslıq muzeyində yeni sərgi
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyində “XIX əsr Azərbaycan məişəti” adlı sərgi təşkil olunub. Etnoqrafiya bölməsində yaradılan sərgidə Azərbaycan xalqının qədim tarixi, məişəti, adət-ənənəsi əksini tapıb.
Mətbəxdə istifadə olunan qazanlar, tayqulplar, tavalar, sərpuşlar,
samovarlar, kasalar, sinilər
və s. misdən hazırlanmış qab-qacaqlar, şətəllər, məfrəşlər,
xurcunlar, xüsusi
zövqlə hazırlanmış beşik,
xalılar XIX əsr Azərbaycan ailəsinin məişətini
göz önündə canlandırır.
Mədəniyyət.- 2016.- 5
oktyabr.- S.13.