Ənvər Əlibəylinin yubileyi qeyd ediləcək

 

 

Oktyabrın 7-də Azərbaycan Dövlət Mahnı Teatrında şair, jurnalist, ictimai xadim Ənvər Əlibəylinin (1916-1968) 100 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Azərbaycan poeziyasında nəğməkar şair kimi tanınmış Ənvər Əlibəylinin sözlərinə yazılmış mahnılar indioxunursevilir. “Azərbaycan”, “Zibeydə”, “Söz olmasaydı”, “Sevgilim”, “Hamıdan gözəl mənəm” və digər mahnılar bu gün də müğənnilərin repertuarında səslənir, onun şeirlərinə yazılmış onlarla mahnı musiqi mədəniyyətimizin parlaq nümunələri kimi dinləyicilərin böyük rəğbətini qazanıb.

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.2.