MDB Mədəni əməkdaşlıq
üzrə Şurasının iclası keçirilib
5-6 oktyabrda Qazaxıstanın paytaxtı Astanada MDB iştirakçı-dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının 31-ci iclası keçirilib. İclasda MDB iştirakçı-dövlətlərinin mədəniyyət sahəsində 2016-2020-ci illərdə əməkdaşlığının əsas tədbirlərinin icrası, MDB iştirakçı-dövlətlərində mədəniyyət sahəsində Birliyin 25 illiyinə həsr edilmiş tədbirlər haqqında və digər məsələlər müzakirə edilib.
İclasda Mədəniyyət
və Turizm Nazirliyi Mədəniyyət
müəssisələri və xalq
yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak edib.
Mədəniyyət.- 2016.- 7
oktyabr.- S.3.