“Əli və Nino” kinodastanı ekranlara çıxdı

 

 

Oktyabrın 5-də yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında çəkilmiş “Əli və Nino” bədii filminin Bakı premyerası keçirilib. 2015-ci ildə beynəlxalq heyətin iştirakı ilə ekranlaşdırılan filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatçısı Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur. Baş rolları kinosevərlərin 2014-cü ildə “Oskar” almış “Ömər” filmindən tanıdıqları Adam Bakri və ispaniyalı Hollivud ulduzu Maria Valverde oynayıb.

 

CinemaPlus” kinoteatrında keçirilən mətbuat konfransında Kris Tikyer, Kristofer Hempton, Mariya Valverde, həmçinin filmdə rol almış Numan Akar, Mehriban Zəki, Pərviz Məmmədrzayev və Cümşüd Zeynalov iştirak ediblər.

Yaradıcı heyətin üzvləri çəkiliş prosesindən danışıblar. Hollivud ulduzu Mariya Valverde Azərbaycana heyran olduğunu bildirib. Qeyd edib ki, Bakıdan növbəti dəfə təklif gələrsə, bunu sevinclə qarşılayacaq.

* * *

Həmin gün axşam Heydər Əliyev MərkəzindəƏli Nino” filminin premyerası olub. Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb.

Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun vitse-prezidenti, layihənin rəhbəri icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Filmin nümayişindən əvvəl baş rolun ifaçısı Adam Bakrinin videomüraciəti göstərilib. O, Bakıdakı təqdimatda iştirak edə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb. Filmdə yaratdığı roldan zövq aldığını deyən aktyor Azərbaycan dilində bildirib: “Mən Azərbaycanda çox gözəl vaxt keçirdim sizinlə görüşmək mənim üçün şərəfdir”.

Sonra film nümayiş olunub.

Birinci Dünya müharibəsinin başlanmasına, dünya neft ehtiyatının 50 faizinin Azərbaycanın payına düşməsinə, ölkəmizin Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşməsinə dair sözlərlə başlayan film ilk kadrlarından tamaşaçıda böyük maraq yaradır. Filmin süjet xətti Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi XX əsrin əvvəlində ölkəmizin bolşeviklər tərəfindən işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin - azərbaycanlı Əli gürcü qızı Ninonun sevgi hekayəsi üzərində qurulub. Qədim Bakının mənzərələrini göz önündə canlandıran, sərhəd tanımayan ülvi bir eşq hekayətini peşəkarlıqla təqdim edən ekran əsərinin çəkilişləri İçərişəhərdə, Qobustanda, Xınalıqda, Gəncə Gədəbəydə aparılıb. 104 dəqiqəlik ekran əsərində, həmçinin Fəxrəddin Manafov, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Əsad Buab, Numan Akar digər məşhur aktyorlar rol alıblar.

Əli Nino” ilk dəfə 2016-cı il yanvarın 27-də ABŞ-ın nüfuzlu “Sundance” beynəlxalq film festivalı çərçivəsində nümayiş olunub. Ekran əsəri festivalda 3 gün ərzindəPremyerakateqoriyasında təqdim edilib. Film artıq dünya mediasının da gündəmindədir. Mətbuat materiallarında filmin musiqisinin nostalji, eyni zamanda romantik, kədərli, bununla yanaşı, ümidverici olduğu qeyd edilir. Filmin çox hissəsinin orijinal əsərə uyğun çəkildiyi, ekran əsərinin iki gəncin münasibətlərinin mənfi müsbət tərəflərini, eləcə kənardan göstərilən təzyiqləri əks etdirdiyi bildirilir. Qeyd olunur ki, Adam Bakri Mariya Valverde öz obrazlarının sentimental cəhətlərini məharətlə canlandıra biliblər.

Nümayişdən sonra prodüser Kris Tikye çıxış edərək deyib: “Əslində, bu günƏli Nino” filminin dünya premyerasıdır”. O, filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Şəxsən mən ilk dəfədir ki, Azərbaycan dilinə dublyaj olunmuş filmi seyr edirəm. Ümidvaram ki, film çox böyük uğur qazanacaq. Bizə bu ölkədə film çəkmək çox xoş oldu biz sizin ölkənizi çox sevdik”, - deyən Kris Tikye çəkiliş zamanı filmin icraçı prodüseri Leyla Əliyevanın yaradıcı ideyalarını, işin ümumi prosesinə verdiyi dəstəyi xüsusi qeyd edib.

Daha sonra Kris Tikye Leyla Əliyevanı, Kristofer Hemptonu, Mariya Valverdeni Numan Akarı səhnəyə dəvət edib.

Qeyd edək ki, müxtəlif dövlətlərin, millətlərin nümayəndələrinin yer aldıqları film barədə kinoşünasların da zəngin təəssüratları var.

Filmin ssenari müəllifi Kristofer Hemptonun fikrincə, “Əli Nino” qeyri-adi bir əsərdir. Film ona Azərbaycanı yaxından tanımağa imkan yaradıb. Maraqlıdır, ölkənin ərazisi böyük olmasa da fərqli coğrafi mövqeyi, iqlimi, meşələri var. Xalqınız çox mehribandır. Burada çox gözəl vaxt keçirdim”, - deyə o vurğulayıb. Bir çox layihələrdə işlədiyini qeyd edən Kristofer Hempton diqqətə çatdırıb ki, bu layihə istər çəkiliş prosesi, istərsə mövzu baxımından onun üçün çox maraqlı olub.

Qeyd edək ki, oktyabrın 6-dan filminCinemaPluskinoteatrlar şəbəkəsində nümayişi başlanıb. Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.6.