Turizm-xidmət sahəsi proqramları üzrə pilot layihə həyata keçirilir

 

 

Britaniya Şurasının (British Council) Azərbaycandakı nümayəndəliyi Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyiturizm sənayesi müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində peşə-ixtisas təhsili sahəsində pilot layihə - “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və üzrə təcrübə proqramı”nı həyata keçirir.

Layihənin məqsədi Bakıda peşə-ixtisas təhsili müəssisələrində turizm sənayesinin ehtiyaclarına uyğun olaraq və onların birbaşa iştirakı ilə üzrə təcrübəyə əsaslanan proqramın inkişaf etdirilməsinə dəstək göstərməkdir.

Yeni proqramlar Bakıdakı 5 nömrəli Peşə liseyində 10 oktyabr tarixindən tədris olunmağa başlayacaq. Proqram peşə təhsili sektoruna yeni kurrikulum, yeni peşələr, yeni təlim metodları və yeni tipli üzrə təcrübəyə əsaslanan modelləri gətirəcək. Layihə çərçivəsində müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, aşpaz, hoteldə konsiyerj və təsərrüfat işləri üzrə nəzarətçi ixtisasları üzrə milli peşə standartları və kvalifikasiyalarına uyğun kurrikulum hazırlanacaq. Layihədə iştirak etmək üçün yaşı 15-dən yuxarı, əsas və ya orta təhsil sənədi olan şəxslər müraciət edə bilərlər.

Pilot proqramın materiallarının hazırlanması və layihə çərçivəsində müəllimlərin təlimi Britaniyanın “People 1st” təşkilatı tərəfindən həyata keçirilib. Proqramın digər peşə təhsili müəssisələrində də tətbiq olunaraq Bakı və digər bölgələrin də hotellərini əhatə etməsi nəzərdə tutulur. “People 1st” təşkialtının ustad təlimçisi və texniki müəllifi Jeyn Norman bu ilin martında 12 seçilmiş təlimçi üçün hotelçilik, fəal istirahət, səyahət və turizmə dair treninq keçib. Təlimçilər proqram çərçivəsində hazırlanmış kurrikulum əsasında 2016-2017 tədris ilinin oktyabr-iyun ayları müddətində ixtisas yönümlü dərslərin keçirilməsinə cəlb olunacaqlar.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 7 oktyabr.- S.9.