“Qalaaltı” kurortu Avropa Tarixi Termal
Şəhərlər Assosiasiyasının kataloqunda
Kurort “Termal
şəhərlər” beynəlxalq marşrutunun
2018-ci ildə baş konfransına ev sahibliyi edəcək
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) “Termal şəhərlər” beynəlxalq mədəni marşrutuna qoşulması ilə bağlı həyata keçirilən layihə çərçivəsində Şabran rayonu ərazisindəki “Qalaaltı” sanatoriyası bu beynəlxalq marşruta üzv seçilib.
Bu barədə qərar 2016-cı ilin yanvarında Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının Baş Assambleyasında keçirilən görüş zamanı qəbul edilib. Bu təşkilata 13 ölkədən 36 şəhər daxildir.
Mədəniyyət və Turizm Nazirliyi ilə EHTTA arasında sıx əməkdaşlıq çərçivəsində “Qalaaltı” kurort mərkəzi assosiasiyanın rəsmi kataloq və broşürlərinə daxil edilib. Assosiasiyaya üzv olan ölkələrin sırasına Azərbaycanın da xəritəsi salınıb.
Kataloqun elektron versiyası ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
http://www.mk.ru/editions/daily/2016/09/30/strana-ogney-poceluy-vostoka-s-zapadom.html
Qeyd edək ki,
Avropa Tarixi Termal Şəhərlər
Assosiasiyasının “Termal şəhərlər”
beynəlxalq mədəni marşrutunun
2018-ci il üçün
nəzərdə tutulmuş baş konfransının “Qalaaltı” kurort mərkəzində keçirilməsi
planlaşdırılır.
Mədəniyyət.- 2016.- 7
oktyabr.- S.9.