Şərqin ilk qadın dirijorunun yubiley gecəsi
Dilbər Əbdürrəhmanova
Azərbaycan bəstəkarlarının da
sənət dostudur
Daşkənddə SSRİ Xalq artisti, Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrının dirijoru, Azərbaycanın yaxın dostu, professor Dilbər Əbdürrəhmanovanın 80 illik yubileyi təntənəli şəkildə qeyd edilib.
Gecədə çıxış edən Özbəkistan mədəniyyət və idman işləri nazirinin müavini Fərhad Curayev yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verib, onu əfsanəvi dirijor adlandırıb. Qeyd edib ki, Dilbər Əbdürrəhmanova keçmiş SSRİ məkanında, ümumiyyətlə, Şərqdə ilk qadın dirijordur.
Özbəkistan Bəstəkarlar İttifaqının sədri Rüstəm Abdullayev, pedaqogika üzrə elmlər doktoru, professor, soydaşımız Almaz Məcidova və başqaları D.Əbdürrəhmanovanın dirijorluq etdiyi əsərlər haqqında məlumat veriblər.
Sonra yubilyarın dirijoru olduğu səhnə əsərlərindən parçalar göstərilib, Daşkənddəki digər teatrların kollektivləri yubilyarı təbrik ediblər.
Azərbaycanın və Özbəkistanın
Xalq artisti, Daşkənd
Dövlət Opera və Balet
Teatrının baş rejissoru
Firudin Səfərov deyib
ki, onun bu teatrda tamaşaya
qoyduğu 70-dən artıq klassik və müasir
operanın dirijoru məhz Dilbər
Əbdürrəhmanovadır. O, həmçinin böyük bəstəkarımız Arif Məlikovun bu teatrda uzun illərdən bəri
səhnədən düşməyən “Məhəbbət əfsanəsi”,
Fikrət Əmirovun “Min bir
gecə” baletlərinin də dirijorudur.
Mədəniyyət.- 2016.- 7
oktyabr.- S.15.