TÜRKSOY-un ənənəvi "Opera günləri"
Builki konsertlər Rəşid Behbudov və Cemaliye Kıyıcının xatirəsinə
həsr edilib
Türk xalqları arasında mədəni əməkdaşlığın
inkişaf etdirilməsi
və ümumtürk irsinin dünyaya tanıdılması üçün
bir sıra layihələrə imza atan TÜRKSOY-un növbəti
"Opera günləri" 8-11 oktyabr tarixində keçirilib. 19-cu dəfə
təşkil olunan
opera günləri Azərbaycanın
dünya şöhrətli
müğənnisi Rəşid
Behbudovun və Şimali Kiprin opera sənətkarı Cemaliye
Kıyıcının xatirəsinə
həsr olunub.
Ənənəvi olaraq builki konsertlərə
də TÜRKSOY ölkələrindən
bənzərsiz səs
sahibləri qatılıb. Ölkəmizi Akademik Opera və Balet Teatrının aparıcı solistləri
Azər Zeynalov və Afaq Abbasova
təmsil ediblər.
Proqramın Şimali Kipr konsertləri oktyabrın
8-də Qazimağusada “Otello
qalası”nda, oktyabrın
9-da isə Bellapais monastırında reallaşdırılıb. Konsert proqramları
böyük coşqu ilə qarşılanıb.
Bu konsertlərdən sonra
Türkiyəyə gələn
opera ulduzları oktyabrın
11-də İstanbulun “Grand Pera”
səhnəsində sənətsevərlərin
qarşısına çıxıblar. İstanbul Dövlət
Opera və Balet Orkestrinin müşayiəti
ilə başlayan tarixi konsert türk respublikalarının
müstəqilliklərinin 25-ci ilinə ithaf edilib.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.3.