Bölgələrdən kitabxana
xəbərləri
Qazax rayon Mərkəzi kitabxanasında ilk azərbaycanlı hərbi pilot Fərrux ağa Qayıbovun 125 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə MKS-nin direktoru Solmaz Babanlı, Oxuculara xidmət şöbəsinin işçisi İradə Hacıyeva, Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova, Mədəniyyət mərkəzinin direktoru Zahidə Həsənova Qazax torpağının yetirməsi olan F.Qayıbovun həyatı və döyüş yolu haqqında danışıblar. Qeyd olunub ki, rayonun girişində, Bakı-Qazax magistral yolunun kənarında F.Qayıbovun xatirəsinə təyyarə abidə kompleksi ucaldılıb.
Tədbirdə şəhər 1 və 4 saylı məktəblərin şagirdləri vətən və qəhrəmanlıq mövzusunda şeirlər söyləyiblər. “Unudulmuş qəhrəman Fərrux ağa Qayıbov” adlı sənədli filmə baxış keçirilib.
* * *
Şabran rayon MKS-nin 15 saylı Günəşli kənd kitabxanası “Açıq kitabxana”, “Nağıl otağı” və s. layihələrlə bağlı tədbirlər keçirir, kitabxanaya gəlmək imkanı məhdud olan müharibə veteranı, əlil, yaşlı insanlara evlərində səyyar xidmət göstərir. Bugünlərdə kənd məktəbində “mütaliə həftəsi” də təşkil edilib.
* * *
Yardımlı rayon Mərkəzi
kitabxanası tərəfindən rayon Mərkəzi
xəstəxanasında kitab guşəsi
yaradılıb. Xəstəxana işçilərinə və
xəstələrə kitab xidməti
göstərilir, yaşlı və ağır xəstələr
üçün kitabxana
işçiləri tərəfindən kitablar
oxunur.
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.5.