“Xalçaçılıq sənətini
yaşat və təbliğ et”
Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi keçirilib.
Məhsəti Gəncəvi Mərkəzinin direktoru Zərifə Xasayeva çıxış edərək xalçaçılıq sənətinin xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutduğunu vurğulayıb, layihənin əhəmiyyətindən söz açıb.
Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə üzrə bir ay müddətində tədris planı nəzərdə tutulub. Həmin müddətdə Azərbaycan Xalça Muzeyinin əməkdaşları hər şənbə günü mühazirə ilə çıxış edəcək, xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək.
Xalça Muzeyinin
elmi işçisi Təranə
Məlikova xalçaçılıq sənətinin tarixi haqqında danışıb. Azərbaycan
xalça sənətindən bəhs edən
videoçarx nümayiş
etdirilib.
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.7.