“Azərbaycandan daha çox turist qəbul etmək istəyirik”
“Yaponiya
getmə turizmi bazarının xüsusiyyətləri”
adlı təqdimat keçirildi
Oktyabrın 10-da “Park İnn” hotelində “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” adlı
təqdimat mərasimi
keçirildi. Təqdimatda Yaponiya və
Azərbaycan turizm sənayesinin nümayəndələri
iştirak edirdi.
Tədbirə Yaponiya Turizm Agentlikləri Assosiasiyasının
prezidenti Tadaşi Şimuranın rəhbərlik
etdiyi “Hankyu Travel İnternational
Tokyo”, “Diamond-Big”, “Hankyu Travel İnternational
Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B”, “JTB BWT” şirkətlərinin nümayəndələrindən
ibarət heyət qatılmışdı.
Əvvəlcə Azərbaycanın turizm potensialını əks etdirən videoçarx nümayiş olundu. Videoçarxda ölkəmizin mədəniyyəti,
tarixi, mətbəxi, habelə gəzməli-görməli
yerləri sağlamlıq
turizmi haqqında məlumat əksini tapmışdı.
Tədbirdə çıxış edən
Mədəniyyət və
Turizm Nazirliyi Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov
son illər ölkəmizdə
turizmin inkişafı
istiqamətində görülən
işlər haqqında
danışdı. Bildirdi ki, nazirliyin beynəlxalq fəaliyyətinin
prioritetlərindən biri
Azərbaycanın turizm
potensialının dünyada
təbliğ olunmasıdır:
“Bu məqsədlə müxtəlif
ölkələrin turizm
nümayəndələrinin mütəmadi olaraq ölkəmizə info-turları
təşkil edilir. Belə tədbirlərdən biri də bu gün
reallaşır. Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı,
ölkəmizin Yaponiyadakı
səfirliyinin, Türk
Hava Yollarının Bakı ofisinin və “Gilan Hospitality Group”un dəstəyi ilə Yaponiyanın turizm sənayesi təmsilçilərinin səfəri
də bu qəbildəndir. Səfər müddətində
müxtəlif görüşlər,
yerli turizm şirkətləri ilə
əlaqələrin qurulması,
ölkəmizin turizm infrastrukturu ilə tanışlıq nəzərdə
tutulub”.
Yaponiya Turizm Agentlikləri Assosiasiyasının prezidenti
Tadaşi Şimura çıxış edərək
ölkəsinin turizm potensialı haqqında geniş məlumat verdi. Bildirdi ki,
Yaponiya bir çox özəlliklərinə
görə dünyanın
müxtəlif ölkələrindən
olan turistlərin marağını cəlb
etməkdədir. 2014-cü
ildə Yaponiyaya gələn turistlərin sayı rekord həddə çatıb.
Həmin il
gündoğar ölkəyə
18 milyondan artıq turist səfər edib.
T.Şimura ölkəsinə Azərbaycandan
da turist səfərlərində maraqlı
olduğunu diqqətə
çatdırdı. Eyni zamanda
Yaponiyadan Azərbaycana
gələn turist sayının artırılması
üçün çalışacaqlarını
vurğuladı.
Tədbir turizm nümayəndələrinin
müzakirələri ilə
davam etdi, qarşılıqlı maraq
doğuran suallar cavablandırıldı.
Qeyd edək
ki, Yaponiya turizm sənayesi nümayəndələrinin ölkəmizə
səfəri oktyabrın
14-dək davam edəcək. Səfər çərçivəsində
nümayəndə heyətinin
paytaxtımızla yanaşı,
Şəki, İsmayıllı
və Qəbələ
rayonları ilə də tanışlığı
nəzərdə tutulur.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.9.