Zərif teatr missiyası - 10 yaşlıÜns

 

 

Üns dostlaşma, mehribanlıq deməkdir. 2006-cı ildə Bakıda Azərbaycan tamaşaçısının dostuna çevrilən, ona bəşəri, insani hislər aşılayan bir teatr fəaliyyətə başladı: “ÜnsYaradıcılıq Səhnəsi. Bu il 143 yaşı tamam olan Azərbaycan peşəkar teatrının tarixində indi 10 yaşlıÜns var...

 

Layihə görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın xatirəsinə ithaf olunub.ÜnsYaradıcılıq Səhnəsinin yaradıcısı bədii rəhbəri "Azərbaycan mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə heyətinin üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı Filialının rektoru, İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayevadır. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın zəngin teatr sənətinə daha bir yenilik gətirmək, incəsənət mədəniyyətdə Şərq Qərb mədəniyyətinin sintezinin bədii əksini göstərməkdir.

Zəngin ənənələri olan Azərbaycan teatrı bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu istiqamətdə fundamental dövlət sənədləri qəbul edilib. 2006-cı ildə qəbul olunan "Teatr teatr fəaliyyəti haqqında" qanun, 2007-ci ildə imzalanan "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident sərəncamı, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı, teatrlarımızın maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı sərəncam qərarlar dövlətimizin bu sahəyə diqqət qayğısının göstəricisidir.

Bu dəstək Azərbaycan teatrlarının dünya mədəni məkanına inteqrasiyası, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, teatr sənətimizin dünya teatrının ənənə yenilikləri ilə zənginləşməsinə mühüm zəmin yaradır. Bu gün ölkəmizdə dövlət teatrları ilə yanaşı, müxtəlif teatr studiyaları, yaradıcılıq məkanları fəaliyyət göstərir. 10 il öncə əsası qoyulan bu nəcib təşəbbüs milli səhnə mədəniyyətimizin dünya teatr sənəti ilə inteqrasiyası yolunda əhəmiyyətli addım idi.

 

Üns”lə tanışlıq...

 

Üns”ü digər teatrlardan fərqləndirən cəhətlərdən biri onun dizaynında, binasının ümumi görünüşü interyerində özünü göstərir. Kiçik həyətlə foye həmahənglik təşkil edir. Tamaşaçı teatra daxil olan kimi milli eyni zamanda ümumbəşəri ideyalarla, mədəniyyət incəsənətlə ünsiyyətə girir. Qeyd edək ki, ötən əsrin əvvəllərinə aid binanın yeni tikilmiş hissəsinin memarı Oqtay Səttarovdur. Rəssam Altay Sadıqzadənin dizaynı əsasında qurulmuş metal konstruksiyalar teatrın əsas giriş hissəsinə xüsusi yaraşıq verir. Hər iki foyedə güclü obrazlılığa təsir gücünə malik müasir sənət nümunələri, rəsm əsərləri tamaşaçını düşünməyə vadar edir. Teatrın binasının önündə foyedə qoyulmuş heykəltəraşlıq əsərləri isə Xalq rəssamı Fuad Salayevin əl işləridir. Burada poetik satirik obrazlar böyük ustalıqla işlənmişdir. Bütün bu nümunələr isə ona xidmət edir ki, tamaşaçı bilməlidir - teatr dünya haqda anlayışlarının bir hissəsidir eyni zamanda tamaşaçı inanmalıdır ki, mədəni varlığı onun həyatı üçün çox vacib nəsnədir.

10 il əvvəl açılış mərasimindəÜns Yaradıcılıq Səhnəsilayihəsinin müəllifi rəhbəri, professor Nərgiz Paşayeva teatrın yaranma səbəblərini belə açıqlamışdı: “Azərbaycanda 150 illik bir dövrdə milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırmış ənənələr yaratmışdır. Böyük aktyorlar Şərq mədəniyyəti üçün ənənəvi olmayan sahədə böyük uğurlar qazanmış, özlərindən sonra məktəb ənənə qoymuşlar. Üns Yaradıcılıq Səhnəsi”nin əsas məqsədlərindən biri Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onu indiki, müasir səviyyəyə qaldırmaq, bir növ ənənəni yeniliyi birləşdirməkdir”.

Fikri, ideyanı, mənəvi tələbatı reallaşdırmaq məqsədi daşıyan layihədə teatr tamaşalarına üstünlük verilsə , burada ədəbi-bədii axşamlar, maraqlı şəxsiyyətlərlə görüşlər, maarifçi xarakterli tədbirlər keçirilir. Çünki bu teatr mədəniyyətin bir çox növlərini janrlarını özündə təmsil edir. Azərbaycan mədəniyyəti aləmində forma məzmunca yeni model olanÜnsYaradıcılıq Səhnəsi Azərbaycanın mədəniyyət salnaməsində yeni səhifə açdı. Ötən müddətdə tamaşaçılara bir-birindən fərqli tamaşalar, rəngarəng kompozisiyalar təqdim etdi.Üns”ün səhnəsində dünya şöhrətli müğənni bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş "Beşikdən əbədiyyətə qədər" filminin premyerası, Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilənMəryəmbədii-sənədli filminin təqdimat mərasimi keçirilib, Rusiyanın Ukraynanın Xalq artisti Roman Viktyukun rejissoru olduğu "Fedra" mistik dramı oynanılıb, görkəmli sənət adamları ilə görüşlər, ustad dərsləri təşkil edilib. Beş il öncə teatrın ilk yubileyi münasibətilə keçirilən konsertdə əfsanəvi Oleq Lundstrem adına Rusiya Dövlət caz musiqisi kamera orkestri çıxış etmişdi.

Yaradıcılıq səhnəsinin sənətsevərlərlə ilk görüşü isəBakımusiqili tamaşası olub. Tamaşa Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin, Bülbül adına Orta ixtisas musiqi məktəbinin tələbələrindən ibarət gənclərin birgə əməyi ilə hazırlanmışdı. İlk tamaşada unudulmaz bəstəkar Tofiq Quliyevin mahnılarından istifadə olunmuşdu. Bu mahnıların əksəriyyəti Moskva arxivlərində uzun axtarışlardan sonra tapılmış musiqisevərlərə yenidən təqdim edilmişdi. Fəaliyyəti dövründəÜnsziyalıların, sənətsevərlərin sevimli məkanına çevrildi. Burada keçirilən hər bir uğurlu tədbir bilavasitə Nərgiz Paşayevanın yaradıcılıq istedadı intellekti ilə bağlıdır.Ünsöz gəlişi ilə sənət aləminə yeni ab-hava, yeni ovqat gətirdi, az vaxtda geniş tamaşaçı rəğbəti qazandı.

Uzun illər boyu milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırıb ənənələr yaradıb. ÜnsYaradıcılıq Səhnəsinin məramlarından biri Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onun indiki, müasir məcrada inkişafını təmin etmək, bir növ klassika ilə modernliyin harmoniyasını yaratmaqdır. Bu, sadəcə, teatr deyil, ziyalıların ünsiyyət ocağıdır. Qısa zaman kəsiyində öz repertuarı ilə Azərbaycan mədəni həyatında özünəməxsus yer tutanÜnssənətdə, səhnədə Şərq Qərbin sintezini nümayiş etdirə bilib. Teatrın repertuarının hər bir təqdimatı teatrsevərlər üçün sənət bayramına çevrilib. Elçinin əsərlərinin antrepriz tamaşaları, Edvard Radzinski, Sergey Yurski ilə görüşlər, «Gelikon-opera»nın quruluşları, Robert Sturuanın, Roman Viktyukun səhnə əsərləri neçə-neçə digər yaradıcılıq axtarışlarının maraqlı tapıntıları.

 

Belə məkanda ifaçılardan klassika tələb olunur

 

Bu günə kimiÜns”ün səhnəsindən tamaşaçılara səslənən tanınmış sənət adamlarının teatr haqqında fikirləri maraqlıdır.

Rusiyanın Xalq artisti, “Mono-Due-Trio” Teatrının rəhbəri Aleksandr Filippenko: “Məncə, rəssamlar, şairlər, aktyorlar, yazıçılar, rejissorlar Xarici İşlər Nazirliyinin ən sadiq səmimi əməkdaşlarıdır. Təəccüblənməyin, onlar əsl diplomat kimi insan münasibətlərinin mürəkkəb, çoxmillətli binasını yaradırlar. «Üns» teatrı bu diplomatiyanın ən parlaq nümayəndəsidir”.

Rusiyanın Xalq artisti, aktyor, rejissor, ssenarist Sergey Yurski: “Ünsgözəl kamera teatrıdır. Tamaşaçı ilə aktyorun yaxın məsafədən ünsiyyət saxlamasına imkan yaradan, yüksək səviyyəli solistlərin, kollektivlərin çıxışına yer verən teatr. Məhz belə kamera məkanında ifaçılardan müxtəlif növ klassika tələb olunur: Avropa, rus, Azərbaycan klassikası...”

Qazaxıstanın Xalq şairi, ədəbiyyatşünas, ictimai-siyasi xadim Oljas Süleymenov: “Mədəniyyət dostluğun, əməkdaşlığın inkişafına möhkəmlənməsinə xidmət edir. “Ünsteatrı məhz bu işlə məşğuldur; onun səhnəsində görkəmli sənətkarların çıxışı izlənib...”

Rusiyanın Xalq artisti, “SatiraTeatrının rəhbəri baş rejissoru Aleksandr Şirvindt: “Belə teatrda olmaq hər bir aktyor rejissorun arzusudur. Əgər belə demək mümkündürsə, teatrın atmosferində nadir rast gəlinən bir mükəmməllik kompleksi mövcuddur. Bu zərif teatrın missiyası bizim qarşılıqlı əlaqələrimizi yoluna qoymaqdan ibarətdir, çünki həm mədəniyyət, həm dünyaya münasibət, həm ənənələrimizdə çox bağlılıq var. Bunu dağıtmaq olmaz. teatr bu məsələdə böyük başlıca rol oynayır...”

Biz bu xoş sözlərə qoşularaq zərif teatr missiyasını ötən 10 ildə layiqincə həyata keçirənÜns”ə yeni-yeni uğurlar diləyirik səhnəsindən hər zaman dostluq, insansevərlik mesajlarının səslənməsini arzulayırıq!

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.12.