Günayuşaq teatrı Estoniyada festivalda çıxış edib

 

 

EstoniyadaXoşbəxt ailə - mif ya reallıqadlı layihə çərçivəsində beynəlxalq teatr festivalı keçirilib.

Avropa İttifaqının tələbə müəllim mübadiləsi üzrə “Erasmus” qeyri-kommersiya proqramının maliyyələşdirdiyi bu layihə sentyabrın 30-dan oktyabrın 8-dək Tallində Tammispeada yerləşən gənclərin yaradıcılıq düşərgələrində həyata keçirilib. Layihədə Azərbaycan, Estoniya, Litva Rusiya iştirak edib. Ölkəmizi festivaldaGünayuşaq teatr-studiyası təmsil edib.

Layihənin təşkilatçısı, EstoniyanınUçan inəkuşaq gənclər teatr studiyalarının rəhbəri Yanika Koppel bildirib ki, layihə ailə dəyərlərinin təbliğinə yönəlib layihə çərçivəsində uşaqlar başqa xalqların ənənələri, tarixi kökləri ilə tanış olublar.

Günayuşaq teatr-studiyası tamaşaçılara Anarın “Dədə Qorqudpovestinin motivləri əsasında hazırlanmış “Üç tonqal” adlı yeni tamaşanı təqdim edib. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Larisa Tarusovadır. O həm də “Günayuşaq teatr-studiyasının rəhbəridir. Səhnə əsərini Azərbaycanın Estoniyadakı səfirliyinin və bu ölkədə yaşayan diasporumuzun nümayəndələri izləyiblər.

 

Mədəniyyət.- 2016.- 12 oktyabr.- S.12.