Afyondan İzmirədək
sağlamlıq turizmi zolağı
Azərbaycan turizm təmsilçilərinin
Türkiyənin termal mənbələrinə
tanışlıq turu
Oktyabrın 2-dən 7-dək Türk Hava Yolları, "NG Hotel Group", "Nobel" Tibb Mərkəzi və "Kaya Termal"ın dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Türkiyənin termal turizm mənbələrinə infotur təşkil olundu. İnfoturda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri, sağlamlıq turizmi obyektləri və media vasitələrinin nümayəndələrindən ibarət heyət iştirak edirdi. Səfər Türkiyənin əsas termal turizm mənbələrinin yerləşdiyi Afyon, Dənizli və İzmir-Balçova bölgələrini və burada yerləşən hotelləri, xəstəxanaları əhatə edirdi.
Tur iştirakçıları bu məkanların sağlıq turizmi imkanları ilə bağlı ətraflı məlumat aldılar. Eyni zamanda iki ölkənin turizm təmsilçiləri bir-biri ilə təcrübələrini bölüşdü, nümunəvi sağlamlıq turizmi klasterlərinin yaranması imkanlarını dəyərləndirdilər. Bundan əlavə, səfər müddətində müxtəlif rəsmilərlə görüşlər və kiçik seminarlar təşkil edildi.
Səfər müddətində iştirakçılar əvvəlcə Afyonun termal turizm təsislərindən olan "Korel Termal", "İkbal Termal" və "Oruçoğlu Termal"la tanış oldular. Bölgədə 26 termal mənbə, bunun 13-ü fəaliyyət göstərməkdədir. Burada hər bir hotel bir mənbənin üzərində yerləşir. Lakin müalicəvi effektinə gəlincə, suların təsiri eynidir. Bu termal sulardan əsasən oynaq xəstəliklərinin, bel və boyun ağrılarının, sinir və müxtəlif dəri xəstəliklərinin, şəkərli diabetin müalicəsində istifadə olunur.
“Aviareyslərin 3-5 faizi sağlamlıq turizmi istiqamətində reallaşsın"
"NG Afyon Hotel"də düzənlənən dəyirmi masada Afyonun dövlət və özəl qurumlarının təmsilçiləri iştirak edirdi. Afyon valisinin köməkçisi Erhan Günay bölgənin turizm imkanları haqqında məlumat verərək bildirdi ki, dövlət bu sektorun inkişafı üçün mümkün olan bütün vasitələrdən istifadə edir.
Nümayəndə heyətinə başçılıq edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev səfərin məqsədindən danışaraq bildirdi ki, hər iki ölkənin zəngin sağlamlıq turizmi imkanları var və turizmçilər bu imkanları dəyərləndirib əməkdaşlıq etməlidir: "Bizim səfərimizin məqsədi də budur ki, Türkiyənin əsas sağlıq turizmi təsisləri ilə əlaqələr quraq. Türk Hava Yolları aviaşirkəti Azərbaycanla Türkiyə arasında il ərzində 750-yə yaxın uçuş həyata keçirir. İstəyirik bu uçuşların ən azı 3-5 faizi məhz sağlamlıq turizmi istiqamətində reallaşsın".
Azərbaycan dövlətinin qeyri-neft
sektorunda turizmin
inkişafına çox böyük
diqqət yetirdiyini deyən R.Quliyev ölkə
başçısının son vaxtlar bu istiqamətdə
imzaladığı fərman və sərəncamlar
haqqında məlumat verdi. Bildirdi ki, turizmin inkişafı
artıq Azərbaycanda
prioritet istiqamət elan edilib.
"Agne Tours" şirkətinin
idarə heyətinin prezidenti Ali Kaya Afyonda termal turizmin potensialından lazımi qədər istifadə olunmadığını
dedi. Çünki bölgədəki hotellər öz fəaliyyətlərini daha
çox daxili bazara istiqamətləndirib.
Halbuki xarici ölkələrlə,
o cümlədən Azərbaycanla
yaxın əməkdaşlıq
qurmaqla bölgəyə
daha çox turist gətirmək mümkündür.
Qarşılıqlı fikir mübadiləsi ilə keçən dəyirmi masa sonra iki ölkənin
turizm şirkətləri
təmsilçilərinin B&B formatlı görüşləri
ilə davam etdi, bir sıra
əməkdaşlıq müqavilələri
imzalandı.
Termal turizmin cənnəti - Dənizli
İnfotur iştirakçıları oktyabrın
3-də Türkiyənin daha
bir termal turizm cənnəti olan Dənizliyə səfər etdilər. Heyəti Cənubi
Ege İnkişaf Agentliyi (GEKA) mütəxəssisləri
müşayiət edirdi.
Səfər çərçivəsində
Pamukkale, Hierapolis, Tripolis
və Buldan kimi tarixi və
eyni zamanda termal turizm sahəsində
fəaliyyət göstərən
təsislər, müxtəlif
sağlamlıq-müalicə mərkəzləri ilə
tanışlıq oldu.
Türkiyənin qədim tarixini
və müasir turizm infrastrukturunu özündə birləşdirən
Pamukkale ilə tanışlıq xüsusilə
yadda qaldı.
Dənizlinin ən böyük
sağlamlıq turizmi
mərkəzləri olan
"Pam Hotel", "Colossae" SPA Hoteli,
"Nobel" Tibb Mərkəzi,
"Tekden" sağlamlıq
mərkəzlərində bu
təsislərin imkanları
barədə məlumat
verildi.
Azərbaycanlı qonaqları Dənizli valisi Ahmed Altıparmaq qəbul etdi. Vali iki qardaş ölkənin tarixi əlaqələrindən,
türk əsgərlərinin
Azərbaycanın, Azərbaycan
əsgərlərinin də
Türkiyənin azadlığı
uğrunda döyüşüb
şəhid olmasından
söz açdı.
“Bir millətin
iki dövləti olan Azərbaycanla Türkiyə, bütün
sahələrdə olduğu
kimi, turizm sahəsində də yaxından əməkdaşlıq
etməlidir” - deyən
vali, bu səbəbdən infoturu yüksək dəyərləndirdiyini
diqqətə çatdırdı.
Görüşdə Ruslan Quliyev Azərbaycanın turizm imkanları, son illər ölkədə qurulan yüksək səviyyəli infrastruktur,
Naftalan neftinin, Qalaaltı suyunun müalicəvi xüsusiyyətləri
barədə valiyə
məlumat verdi.
Valiyə Azərbaycanın milli mədəniyyətini
əks etdirən xatirə hədiyyəsi təqdim edildi.
Görüşdən sonra vali azərbaycanlı media
mənsublarına müsahibə
verdi.
Səfər proqramı Dənizlinin tarixi məkanlarında - Pamukkale və Buldanda davam etdirildi. Bu əsrarəngiz məkanlar haqqında növbəti sayımızda.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 12
oktyabr.- S.16.