Qırmızı bağbədii filmi daha bir beynəlxalq festivalda

 

 

Rejissor Mirbala SəlimlininQırmızı bağbədii filmi 65-ci Mannhaym-Haydelberq Beynəlxalq film festivalının (Almaniya) müsabiqə proqramına dəvət alıb.

Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasından bildirilib ki, “Qırmızı bağfestivala təqdim olunan 800 film arasından seçilərək 15 tammetrajlı bədii filmin siyahısına daxil edilib. Festival noyabrın 10-dan 20-dək Manhaym Haydelberq şəhərlərində keçiriləcək.

Qırmızı bağfilmi Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyası RusiyanınWeiT Media” kino şirkəti tərəfindən lentə alınıb. Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) Timur Vaynşteyndir (“WeiT Media”).

Rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev digərləri canlandırıblar.

Qırmızı bağbədii filminin beynəlxalq premyerası sentyabrda Qazaxıstanın Almatı şəhərində II Avrasiya Beynəlxalq film festivalında keçirilib. Film festivalın əsas müsabiqə proqramında nümayiş olunub.

 

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.2.