Bakı Musiqi Akademiyasının orkestri Almaniyada konsert verib

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Baku Chamber Orchestra” gənclər kamera orkestri Almaniyanın Volfratshausen, Münxen, Fürstenfeldburk şəhərlərində konsert proqramı ilə çıxış edib.

BMA-dan bildirilib ki, səfər “Baku Chamber Orchestra” AlmaniyanınNeue Philharmonie Münchenorkestrlərinin baş dirijoru Fuad İbrahimovun layihəsi əsasında gerçəkləşib. Konsertlərdə Avropa Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının nəzdində “Baku Chamber Orchestra” gənclər kamera orkestri 2011-ci ildə fəaliyyətə başlayıb. Orkestr Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Belçika, Almaniya başqa ölkələrdə konsert proqramları ilə çıxış edib, mükafatlara layiq görülüb.

Almaniyanın “Neue Philharmonie Münchenorkestri 10 ildən artıqdır fəaliyyət göstərir və dünyanın bir çox ölkələrində böyük konsertlərlə çıxış edib. Orkestrin heyətinə 14 ölkəni təmsil edən ifaçılar daxildir.

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.2.