Ukraynalı opera solisti Bakı səhnəsində
Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası
keçiriləcək. Tamaşada Jermon
partiyasını Ukrayna
Milli Operasının aparıcı solisti, bu ölkənin Əməkdar artisti, vokalçıların beynəlxalq
müsabiqələrinin laureatı
Dmitri Qrişin ifa edəcək.
Operada həmçinin Azərbaycanın
Xalq artisti Əli
Əsgərov, əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Əkrəm Poladov və gənc vokalçı Nina Makarova
çıxış edəcək. Tamaşanın dirijoru beynəlxalq müsabiqələr
laureatı Əyyub Quliyevdir.
Mədəniyyət.-
2016.- 14 oktyabr.- S.2.