Bakı Xoreoqrafiya
Akademiyası beynəlxalq əlaqələrini genişləndirir
Belarus Dövlət Mədəniyyət
və İncəsənət Universiteti ilə
əməkdaşlıq sazişi
imzalanıb
Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev və akademiyanın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinin dəvəti ilə Minsk şəhərinə səfər ediblər. Səfərin məqsədi ali təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın qurulması, gələcək planlar haqqında fikir mübadiləsi aparılması və müvafiq sazişin imzalanmasıdır.
Oktyabrın 12-də Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev və Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, dosent Yuri Bondar iki tədris ocağı arasında əməkdaşlıq sazişini imzalayıblar.
Sazişə əsasən ali təhsil müəssisələri təcrübə, müəllim və tələbə mübadiləsi aparacaq, ustad dərsləri, birgə tədbirlərin təşkili və digər sahələr üzrə əməkdaşlıq həyata keçiriləcək. Bu, Bakı Xoreoqrafiya Akademiyasının sayca altıncı əməkdaşlıq sazişidir.
Səfər çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının rektoru Belarus Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyəti ilə maraqlanıb, professor-müəllim heyəti ilə yaxından tanış olub.
2016-cı ilin
Azərbaycan Respublikasında “Multikulturalizm
ili” elan edilməsi ilə
bağlı Bakı Xoreoqrafiya
Akademiyası əməkdaşlıq coğrafiyasını
genişləndirmək və bununla Azərbaycan
xalq rəqslərini dünyada,
dünya xalq rəqslərini
isə Azərbaycanda təbliğ etmək niyyətindədir.
Mədəniyyət.- 2016.- 14
oktyabr.- S.5.