Mingəçevir teatrında yeni uşaq tamaşası hazırlanır

 

 

Qazax Dövlət Dram Teatrının baş rejissoru Musa Eyyubov Mədəniyyət və Turizm Nazirliyinin təyinatı ilə Mingəçevir Dövlət Dram Teatrında yeni uşaq tamaşası hazırlayır.

Şair-dramaturq İsgəndər CoşqununÇal, oynaalleqorik mənzum nağıl-pyesi əsasında səhnələşdirilən tamaşada heyvanların dili ilə hiyləyə, yalana nifrət, zəhmətə, düzlüyə, etibara və əməyə rəğbət aşılanır.

Tamaşanın quruluşçu rejissoru Musa Eyyubov, səhnə tərtibatçısı Əməkdar rəssam Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Rollarda Afət Əliyeva, Ruhəngiz Abdullayeva, Fəridə Məmmədova, Aytən Allahverdiyeva, Ceyhun Əhmədov, Turqut Məsimli, Nargilə Abdullayeva və başqaları çıxış edir.

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.5.