Qusar teatrı Rusiyaya
gedir
Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümdə yaradıcılıq fəaliyyətini və sənət əlaqələrini genişləndirir. Mövsümü Ə.Haqverdiyevin “Pəri cadu” əsəri ilə açan kollektiv yaxın günlərdə Rəşad Nuri Güntəkinin “Arvadımın əri” tamaşasını teatrsevərlərə təqdim edəcək.
Teatrın kollektivi oktyabrın 24-25-də Rusiya Federasiyası Dağıstan Respublikasının Qasımkənd rayonunda qastrolda olacaq. Qonşu respublikanın tamaşaçılarına Üzeyir Hacıbəylinin “Arşın mal alan” və dağıstanlı müəllif Asəf Mehmanın “Sədəf” tamaşaları təqdim ediləcək.
Oktyabr ayının son günlərində isə teatrın kollektivi Moskva şəhərinə
dəvət olunub. Qastrol
səfərində kollektiv “Arşın mal alan”, “O olmasın, bu olsun” və “Sədəf”
tamaşalarını moskvalılara təqdim edəcək.
Mədəniyyət.- 2016.- 14
oktyabr.- S.6.