Bir ömrün 100 səhifəsi”

 

 

Zaqatala rayonunun Yuxarı Tala kənd Mədəniyyət evinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində görkəmli dövlət xadimi, tanınmış tibb alimi, akademik Vəli Axundovun (1916-1986) yubileyinə həsr olunanBir ömrün 100 səhifəsi” adlı tədbir keçirilib.

Çıxışlarda 1959-1969-cu illərdə respublikaya rəhbərlik etmiş Vəli Axundovun həyat və fəaliyyətindən, tibb elminə töhfələrindən söz açılıb. Bildirilib ki, Prezident İlham Əliyev 15 yanvar 2016-cı il tarixdə Vəli Axundovun 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Sonda dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən video-slayd nümayiş etdirilib.

 

Mədəniyyət.- 2016.- 14 oktyabr.- S.11.