Budapeştdə ölkəmizin müstəqilliyinin
bərpasına həsr olunmuş konsert
Ölkəmizin Macarıstandakı səfirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyi münasibətilə bayram tədbiri keçirib.
1848-ci il macar inqilabı dövründə parlament binası olmuş, hazırda İtaliya Mədəniyyət İnstitutunun yerləşdiyi tarixi binada təşkil olunan konsertdə Azərbaycan, İtaliya və Macarıstanın incəsənət ustaları çıxış ediblər.
Konsertdən əvvəl səfir Vilayət Quliyev Azərbaycan xalqının müstəqillik tarixi haqqında məlumat verib. Diplomat Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistanın işğalı altında qalmasına baxmayaraq, ölkəmizin böyük inkişaf yolu keçdiyini vurğulayıb.
Rəngarəngliyi ilə seçilən konsert proqramında əvvəlcə Ferens List adına Budapeşt Musiqi Akademiyasının məzunu Jalə Rəsulova (pianino) və Vyana Musiqi Akademiyasının magistri Fərid Feyzullayev (skripka) Azərbaycan bəstəkarları Qara Qarayev və Arif Məlikovun əsərlərindən parçalar ifa ediblər.
İtaliya, Macarıstan və
Azərbaycan ifaçılarından ibarət FİBUBA (Florensiya, Budapeşt,
Bakı) ansamblı üç ölkənin
musiqi sənəti incilərini səsləndirib.
Azərbaycanlı pianoçu
Səidə Tağızadə, macar
skripkaçısı Zoltan Banfalvi, italyan violençel ustası Pierluigi
Ruggiera, Florensiya
operasının solistləri Leonardo de Lisi (bariton)
və Cüzeppe Suraçi
(tenor) Paolo Tosti, Nazim Əliverdibəyov,
Bela Bartok, Sevda İbrahimova, Ferens List və Üzeyir Hacıbəylinin əsərlərini
yüksək ustalıqla ifa ediblər.
Leonorda de Lisinin Azərbaycan dilində oxuduğu
məşhur “Sevgili canan”
romansı xüsusi rəğbətlə
qarşılanıb.
Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.3.