Tanınmış opera
ifaçısının 70 illik yubileyinə
həsr olunmuş tamaşa
Noyabrın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Müslüm
Maqomayevin "Şah
İsmayıl" operasının növbəti
tamaşası teatrın solisti, Xalq artisti, Prezident
təqaüdçüsü Şahlar Quliyevin 70 illiyinə həsr olunacaq.
Yubilyar tamaşada əsas partiyalardan birini - Aslan şah rolunu ifa edəcək.
Uzun illər Opera və Balet
Teatrının aparıcı solisti olan Şahlar Quliyev bu səhnədə
həm milli, həm də klassik
tamaşalarda unudulmaz rollar yaradıb: "Koroğlu"da Həsən xan, Eldar, "Leyli və Məcnun"da
Nofəl, "Arşın mal alan"da Süleyman,
"O olmasın, bu olsun"da Qoçu Əsgər,
"Natəvan"da Qasım bəy Zakir,
"Aida"da Amonasro, "Karmen"də Eskamilio
və s.
Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.4.