Musiqili Teatrın aktrisası
mükafatlandırılıb
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Marina Litvinenko milli teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə və anadan olmasının 60 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.
Marina Nikolayevna Litvinenko
25 sentyabr 1956-cı ildə
Estoniyanın Tallin şəhərində anadan
olub. 1989-cu ildə Bakıda
A.Zeynallı adına
Musiqi məktəbini bitirib. 1987-ci ildən
Azərbaycan Dövlət
Musiqili Teatrında
artist-vokalist kimi fəaliyyət göstərməyə
başlayıb.
İşlədiyi müddət ərzində
o, Rozaliya (“Filumena Marturano” - Fərəc
Qarayev, Eduardo de Filippo),
Qırmızıpapaq, Ana
(“Qırmızıpapaq” - Emin Sabitoğlu, Yevgeni Şvarts), Düyməcik, Qaranquş
(“Düyməcik” - Hans Kristian
Andersen), Afət (“Bağdadda
bir gün” - Emin Sabitoğlu), Stassi (“Silva” - İmre Kalman), Valentina, Elqa (“Şən dul qadın” - Frans Leqar), Dovşan (“Bir dayan, canavar!”
- Rəna Ağayeva, Arkadi Xayt), Duenya
(“Çılğın qaskoniyalı” - Qara
Qarayev), Asya, Telli (“Arşın mal alan” - Üzeyir Hacıbəyli)
və başqa rolları ifa
edib.
Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.4.