Qida məhsullarının təhlükəsizliyi
mövzusunda təlim-seminar
Oktyabrın 17-də Azərbaycan Turizm və Menecment
Universitetində (ATMU) “Qida məhsullarının
təhlükəsizliyi” mövzusunda təlim-seminar
başlanıb. Seminarı Yunanıstanın Aralıq
dənizi Aqrar Universitetinin müəllimi
Corc Angelakes aparır.
Tədbirin ilk günündə yunanıstanlı
mütəxəssis dünya
təcrübəsinə əsaslanmaqla
qidanın turizmdəki
rolu haqqında danışıb. Bildirib ki, üçgünlük
təlim-seminarda qida məhsullarının təhlükəsizliyi
baxımından əhəmiyyətli
sayılan yeni məlumatları detallı
şərh edəcək.
Seminarda
Azərbaycan Turizm və Menecment Universitetinin, ali təhsil müəssisəsinin
nəzdindəki Bakı
Turizm Peşə Məktəbinin müvafiq
struktur rəhbərləri,
müəllim və tələbələri, həmçinin
“New Baku” hotelinin restoran
bölməsinin meneceri
Rəşad Hüseynov,
AMEA Botanika İnstitutunun
elmi işçisi Kamal Əskərov iştirak edirlər.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.4.