“Yaşıl incəsənət” sərgisi

 

 

Oktyabrın 18-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Yaşıl incəsənət” adlı sərginin açılışı olub.

Sərgi ADRA-nın və “ASAN Schoolkönüllülük məktəbinin birgə təşkilatçılığı ilə baş tutub. Layihənin məqsədi gənc nəslin rəssamlıq sənətinə marağını artırmaqla yanaşı, təbiətin qorunmasına, ətraf mühitin mühafizəsinə diqqəti cəlb etməkdən ibarətdir.

Sərginin özəlliklərindən biri peşəkar və həvəskar rəssamların sözügedən mövzuya diqqətlərini yönəltməkdən ibarətdir. Burada rəngkarlıq, qrafika və müxtəlif üslublarda, qarışıq texnikada işlənmiş əl işləri yer alır. Bütövlükdə sərgidə 200-dən artıq əsər nümayiş olunur.

 

S.Qaliboğlu

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.5.