Özbəkistandakı mətbəx festivalında Azərbaycan
guşəsi
Daşkənd vilayətinin Bostanlıq rayonunda "Mənim sevimli özbək mətbəxim" adlı
festival keçirilib. Özbəkistanın
müstəqilliyinin 25 illiyinə
həsr edilmiş festivalda Rusiya, İndoneziya, Çin, Azərbaycan, ABŞ və
s. ölkələr öz
guşələrini təqdim
ediblər. İştirakçı ölkələr öz mətbəxləri,
şirniyyatları ilə
yanaşı, bir özbək yeməyi hazırlayıb və bu yemək münsiflər
heyəti tərəfindən
qiymətləndirilib.
Özbəkistandakı səfirliyimiz və onun nəzdindəki
Heydər Əliyev adına Mədəniyyət
Mərkəzinin təqdim
etdiyi Azərbaycan guşəsi iştirakçıların
marağına səbəb
olub. Milli mətbəximiz barədə
özbək dilində
çap edilən
"Azərbaycanın mədəni
irsi" kitabı təqdim olunub və iştirakçılara
paylanılıb.
İştirakçılar Azərbaycan mətbəxi nümunələrindən dolma, çığırtma, kükü, habelə şəkərbura, paxlava və s. şirniyyatlara qonaq ediliblər. Milli stendimizdə özbək milli mətbəxinə aid "Gülxanım" yeməyi hazırlanıb.
Festivalın sonunda mükafatlandırma
mərasimi keçirilib. Mərasimdə
Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin
nəticələri yüksək
qiymətləndirilib və
birinci mükafata layiq görülüb. Mükafat Azərbaycanın Özbəkistandakı
səfiri Hüseyn Quliyevə təqdim edilib. Festivalda Heydər Əliyev adına Mədəniyyət
Mərkəzinin "Azərbaycan
qızları" rəqs
ansamblının çıxışı
da maraqla qarşılanıb.
Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.9.