Ankarada sağlamlıq turizmi sammiti və sərgi
Oktyabrın 19-dan 21-dək
Ankarada Qlobal sağlamlıq turizmi sammiti və sərgisi (Health Sumex) təşkil olunacaq. Tədbirdə Azərbaycan Sağlamlıq
və Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizin
sağlamlıq turizmi
imkanları barədə
geniş təqdimat edəcək.
Assosiasiyadan bildirilib ki, tədbir Türkiyə Səhiyyə Nazirliyinin himayəsi, İqtisadiyyat,
Mədəniyyət və
Turizm, İnkişaf, Avropa Birliyi nazirlikləri və Türkiyə Sağlamlıq
Turizmini İnkişaf
etdirmə Şurasının
dəstəyi ilə baş tutacaq. Sammit və sərgidə sağlamlıq turizm fəaliyyəti ilə məşğul olan 32 qurum və dərnəyin
iştirakı nəzərdə
tutulur.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası da Qlobal sağlamlıq turizmi sammiti və sərgisinə
dəstək verən ictimai birliklər
sırasındadır.
Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.9.