"Xalçaçılıq sənətini yaşat və təbliğ et"

 

 

Layihə çərçivəsində növbəti görüş

 

Oktyabrın 14-də Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihə çərçivəsində gənclərlə növbəti görüş keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin mətbuat katibi Kənan Məmmədov çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, layihə üzrə milli xalçaçılıq tarixinin öyrənilməsi və gənc nəsillərə təbliği məqsədilə mühazirələr təşkil edilir. Layihəyə Gəncə şəhərindən start verilib.

Bir ay müddətində Azərbaycan Xalça Muzeyinin əməkdaşları hər cümə günü mühazirə ilə çıxış edəcək, dəvət olunmuş xalçaçı-rəssam isə iştirakçılara milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək.

 

Mədəniyyət.- 2016.- 19 oktyabr.- S.13.